
“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Real”ın diqqətini çəkib.
Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, Madrid klubu artıq norveçli forvardın nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
“Real”ın məqsədi skandinaviyalı bombardiri heyətə qatmaqdır. Klub bu transferi reallaşdırmaq üçün maliyyə mənbəyini braziliyalı vinger Vinisius Juniorun mümkün satışı hesabına təmin edə bilər.
Bildirilir ki, Səudiyyə Ərəbistanının bir klubu Vinisiusa görə təxminən 250 milyon avro ödəməyə hazırdır.
Halandın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir. Onun transfer dəyəri isə 180 milyon avro qiymətləndirilir.