
“Barselona”nın müdafiəçisi Pau Kubarsi komandanın cari mövsümdə müdafiədəki çətinlikləri ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Ofsayd tələsi” ilə bağlı taktikamız keçən il çox yaxşı nəticə verdi, məncə, bu yanaşmanı davam etdirməliyik.
O zaman işlədisə, bu dəfə də işləməlidir. Sadəcə, bir neçə detalı təkmilləşdirməyə ehtiyacımız var, amma fəlsəfə eyni olaraq qalır”.
Kataloniya klubu PSJ və “Sevilya” ilə son iki matçda 6 top buraxaraq, 1:2 və 1:4 hesabı ilə uduzub. Komanda oktyabrın 18-də, La Liqanın 9-cu turunda “Jirona” ilə qarşılaşacaq.