
“Barselona” Meksikanın “Tijuana” komandasının gənc yarımmüdafiəçisi Gilberto Mora ilə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar artıq 16 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Meksikalı oyunçunun agenti Rafaela Pimenta isə onun dəyəri barədə suala olduqca iddialı cavab verib:
“15 milyon avroya Gilberto Moranı deyil, onun bir ayağını belə, ala bilməzsiz!”
Mora 2025-ci ildə Meksika çempionatında 8 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
O, həmçinin, Meksika milli komandasının heyətində 3 dəfə meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.