Vəziyyəti yaxşı olmayan klub baş məşqçini istefaya göndərdi - RƏSMİ

9 Oktyabr 18:40 İspaniya 723
Vəziyyəti yaxşı olmayan klub baş məşqçini istefaya göndərdi - RƏSMİ

“Ovyedo” baş məşqçi Velko Paunoviçi istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla yanaşı, köməkçiləri də gedib.

“Ovyedo” bu mövsüm La Liqaya qayıdıb və hazırda İspaniya çempionatının 8 turundan sonra komandanın 6 xalı var, 17-ci yerdədir.

“Ovyedo”nun növbəti La Liqa matçı evdə “Espanyol”a qarşı olacaq. Qarşılaşma oktyabrın 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!