"Futbolu tərk etməyi düşünürdüm, amma həyat yoldaşım..." - “Real”ın müdafiəçisi

10:20 İspaniya 154
"Futbolu tərk etməyi düşünürdüm, amma həyat yoldaşım..." - “Real”ın müdafiəçisi

“Real”ın müdafiəçisi Eder Militao etiraf edib ki, o, futbolu tərk edə bilərmiş.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu zədəyə görə bu addımı atmaq istəyib:

“İkinci diz zədəmdən sonra çox şeylər haqqında düşündüm. Futbolu tərk etməyi düşünürdüm.

Amma həyat yoldaşım, qızım və komanda yoldaşlarımın köməyi ilə bu gün buradayam və yaxşı oynayıram. İki çox ağır zədə ilə iki il çətin keçdi”.

27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb və 1 qol vurub. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. “Transfermarkt”a görə, onun dəyəri 30 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti