“Oyunun üçün çox darıxacağıq, səni hər zaman xatırlayacam”

8 Oktyabr 22:00 İspaniya 155
“Oyunun üçün çox darıxacağıq, səni hər zaman xatırlayacam”

“Real”ın və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos həmyerlisi Jordi Albanın futbolçu karyerasını bitirmək qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, hazırda Meksikanın “Monterrey” klubunda çıxış edən ispaniyalı futbolçu, sosial şəbəkə hesabında belə yazıb:

“Biz bir çox anları birlikdə yaşadıq. Yığmada böyük qələbələr qazandıq.

Sən futbolu dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri kimi tərk edirsən.

Sənin oyunun üçün çox darıxacağıq. Səni hər zaman xatırlayacam. Qardaş kimi qucaqlayıram”.

Hazırda “İnter Mayami” klubunun şərəfini qoruyan “Barselona”nın sabiq müdafiəçisi Jordi Alba mövsümün sonunda karyerasını başa vuracaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO