
“Barselona”nın idman direktoru Deku komandanın vingeri Lamin Yamalın ətrafında yaranan məsələ ilə bağlı danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bunu deyib:
“PSJ-yə qarşı oyundan sonra Yamal özünü diskomfort hiss etdi. Onun “Sevilya”ya qarşı oynamayacağına qərar verdik, çünki intensiv sağalması lazımdır.
Biz vəziyyəti daxildə müzakirə etdik və federasiyaya hesabat göndərdik. Hesabatı qəbul etdilər.
Heç bir münaqişə yoxdur, iş prosesi normal gedir. Sadəcə, özünü başqasının yerinə qoymağı bacarmalısan.
Yamal milli komandadan qayıdanda və oynaya bilməyəndə, təbii ki, bu, baş məşqçinin xoşuna gəlmir”.
Futbolçu bu yaxınlarda qasıq nahiyəsində problemlə üzləşib və bu səbəbdən “Sevilya” ilə oyunu (1:4) buraxıb və İspaniya millisinə yollanmayıb.
Komandanın baş məşqçisi Hans-Diter Flik Laminin oynamasına icazə verdiyi üçün İspaniya millisini birbaşa tənqid edib.
Yığmanın baş məşqçisi Luis de la Fuente isə bu fikirləri rədd edib və Yamalın heç bir əks göstərişinin olmadığını bildirib.
“Barselona” La Liqada ikinci yerdədir.