“Barselona” çox cəlbedici futbol oynayır, amma…” - Toni Kroos

18:20 İspaniya 156
“Barselona” çox cəlbedici futbol oynayır, amma…” - Toni Kroos

“Real”ın və “Bayern”in sabiq futbolçusu Toni Kroos “Barselona”nın oyun üslubu barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, kataloniyalıların futbolu dünyanın ən cəlbedici oyun tərzlərindən biridir, ancaq komanda liderlərindən asılı vəziyyətdədir:

“Bu komanda çox cəlbedici futbol oynayır, bəlkə də dünyanın ən valehedici oyun tərzidir. Amma liderləri yaxşı formada olmadıqda, “Barselona” çətin vəziyyətə düşür.

Lamin Yamal, Rafinya və ya Pedri uğursuz oyun keçirsə, rəqib “Barselona”ya ciddi zərbə vura bilər. Bu, ötən mövsüm UEFA Çempionlar Liqasında “İnter”lə oyunda da baş verdi”.

“Barselona” son La Liqa qarşılaşmasında “Sevilya”ya 1:4 hesabı ilə uduzub. Komanda hazırda 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 2 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti