Yeni mövsümdə 1 milyard avro gəlir hədəfi qoydu - “Barselona”

00:10 İspaniya 71
Yeni mövsümdə 1 milyard avro gəlir hədəfi qoydu - “Barselona”

Son İspaniya çempionu “Barselona” ötən mövsüm üzrə maliyyə hesabatını yayımlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, komandanın ümumi əməliyyat gəlirləri 994 milyon avro, xalis əməliyyat mənfəəti isə 2 milyon avro təşkil edib.

Həmçinin “Nike” şirkəti ilə imzalanan sponsorluq müqaviləsi çərçivəsində də katalonlar 259 milyon avro gəlir əldə edib.

Yeni maliyyə ili üçün “Barselona”nın 1 milyard avro gəlir hədəfi qoyduğu da açıqlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 07:30 Koronavirus geri qayıdır?