İspanlar problem və dərd-sərr içində - "Qarabağ"la oyunqabağı SON DURUM

8 Oktyabr 00:30 İspaniya 658
İspanlar problem və dərd-sərr içində - "Qarabağ"la oyunqabağı SON DURUM

"Atletik"in "Qarabağ"la Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi problemləri yaranıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" nəşrinin yazısında bildirilib.

Qeyd edilib ki, hücum xəttinin 3 oyunçusu - Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyams zədəlidir.

Həmçinin vurğulanır ki, baş məşqçi Ernesto Valverde milli komandaların oyunlarına görə yaranmış fasiləyə görə futbolçuların zədələrini sağaldacağına ümid edir və bunu vacib sayır.

Çünki qarşıda La Liqada "Elçe", Çempiolar Liqasında "Qarabağ"la vacib oyunlar var.

Bundan başqa, digər oyunçu Benat Prados uzun müddətə sıradan çıxıb, Mikel Vesqa da zədəlidir. Sonuncunun məşqlərə nə vaxt qayıdacağı hələlik bilinmir.

"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq