
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri oktyabrda keçiriləcək dünya çempionatının seçmə oyunlarında İspaniya millisinə kömək edə bilməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası rəsmi açıqlama yayıb:
“Rodri klubunun göndərdiyi tibbi testlər nəticəsində müəyyənləşdirilən zədə səbəbilə, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstan və Bolqarıstan yığmaları ilə qarşıdakı oyunlar üçün İspaniya millisinin heyətindən çıxarılıb”.
Rodri oktyabrın 3-də İspaniya millisinin heyətinə daxil edilib.
Ancaq dünən, Premyer Liqanın 7-ci turunda “Brentford”a qarşı oyunun 19-cu dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onun komandası 1:0 hesabı ilə qalib gəlib.
Rodrinin “Mançester Siti”dəki durumu ilə bağlı hələlik əlavə açıqlama verilməyib.