“Bayern”in fransalı müdafiəçisi ilə maraqlanır - “Barselona”

5 Oktyabr 00:20 İspaniya 471
“Bayern”in fransalı müdafiəçisi ilə maraqlanır - “Barselona”

“Bayern”in müdafiəçisi Dayot Upamekano karyerasını La Liqada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

İddialara görə, 26 yaşlı futbolçu ilə “Barselona” maraqlanır. Daha əvvəl mətbuatda onun xidmətində “Real” və “Liverpul”un da maraqlı olduğu bildirilmişdi.

Fransalı oyunçunun “Bayern”lə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. O, cari mövsümdə Münhen klubunun heyətində 8 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!