Klub prezidentinin “Barselona”ya gətirmək istədiyi iki hücumçu kimdir?

18:40 İspaniya 171
Klub prezidentinin “Barselona”ya gətirmək istədiyi iki hücumçu kimdir?

“Barselona” mövsümün sonunda 37 yaşlı Robert Levandovskini əvəz etmək üçün yeni hücumçu transfer etməyi planlaşdıra bilər.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, bu, 2026-cı ildə keçiriləcək klub prezidentliyi seçkiləri öncəsi Xuan Laportanın əsas məqsədlərindən biridir.

Prezidentin diqqətində “Atletiko”dan Xulian Alvares və “İnter”in kapitanı Lautaro Martines olsa da, azarkeşlər “Mançester Siti”nin hücumçusu Erlinq Halandı komandada görmək istəyirlər.

Hələlik son qərar qəbul olunmayıb, ancaq daha real variantlar da mövcuddur. Belə ki, Dortmund “Borussiya”sından Seru Qirasi və “Yuventus”dan Duşan Vlahoviçin namizədliyi irəli sürülə bilər.

Xüsusilə, Vlahoviçin azad agent kimi komandaya qoşulma ehtimalı daha çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 23:00 U-21 kimə tapşırılacaq?