
“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya” braziliyalı futbolçunu icarə əsasında transfer etmək istəyir.
Antoninin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.
25 yaşlı vinger 2024/25 mövsümündə “Betis“də icarə əsasında çıxış edib. O, burada 17 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.