“Mən heç birini itirmək istəmirəm” - Satılacağı deyilən futbolçu haqda AÇIQLAMA

23 Avqust 2025 00:20 İspaniya 988
“Mən heç birini itirmək istəmirəm” - Satılacağı deyilən futbolçu haqda AÇIQLAMA

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin adı tez-tez transfer xəbərlərində hallanır.

Komandanın baş məşqçi Hans-Diter Flik bu mövzuda açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis heç bir futbolçusunu itirmək istəmədiyini bildirib:

“Fermin Lopes barədə yayılan söz-söhbətlər? Mən heç bir futbolçumu itirmək istəmirəm, çünki onların hər birinin xüsusi keyfiyyətlərinə ehtiyacımız var.

Qarşıda uzun mövsüm bizi gözləyir. Mən hər kəsə ehtiyac duyuram”.

“Barselona” avqustun 23-də La Liqa çərçivəsində səfərdə “Levante” ilə qarşılaşacaq. İlk turda isə kataloniyalılar səfərdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti