
“Real”ın baş məşqçisi Xabi Alonso yeni transfer Franko Mastantuono və türkiyəli yarımmüdafiəçi Arda Gülər barədə qərarını verib.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hər iki futbolçunu fərqli rollarda görür.
Belə ki, 20 yaşlı Arda Gülər əsasən orta xəttdə çıxış etməyə davam edəcək.
18 yaşlı Mastantuono isə hücumun müxtəlif mövqelərində sınaqdan keçiriləcək. Alonso onu geri çəkilmiş pleymeyker kimi görmür.
Mastantuono bu yay “River Pleyt”dən “Real”a transfer olunub. Onun keçidi “kral klubu”na 45 milyon avroya başa gəlib.