
Belçikalı qapıçı Tibo Kurtua “Real”la müqaviləsinin müddətini uzatmaq barədə razılığa gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “kral klubu” ilə yeni, iki illik anlaşma imzalayacaq.
Onun hazırkı müqaviləsinin müddəti gələn ilin iyununda başa çatacaqdı.
Kurtua “Real”a 2018-ci ilin avqustunda transfer olunub. Hazırda onun bazar dəyəri 20 milyon avro təşkil edir.
Belçikalı futbolçu ötən mövsüm La Liqada 30 oyunda iştirak edib, 29 top buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.