
“Real”ın hücumçusu Rodriqonun nümayəndəsi İngiltərəyə səfər edib.
Sportinfo.az “Indykaila News”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun agenti “Arsenal” və “Liverpul” rəhbərliyi ilə görüşlər planlaşdırır.
Görüşlərin məqsədi klubların oyunçuya hansı şərtlər təklif edə biləcəyini öyrənməkdir.
24 yaşlı forvard La Liqanın yeni mövsümünün ilk oyununda ehtiyatda qalıb və meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.