
“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqun klubda qalması üçün yeni müqavilə üzərində iş aparır.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun yeni agenti Sebastyan Ladura dünən klubun idman direktoru Deku ilə görüşüb.
Tərəflər arasında müsbət münasibətlər formalaşıb və razılığın sentyabrın 1-dək əldə olunması mümkündür.
De Yonq “Barselona”da qalmaq istəyir. O, pandemiya dövründə ödənilməyən maaş borcunu tam almağı hədəfləyir.
Əvvəlki agent ödənişlərin təxirə salınmasına qarşı çıxaraq danışıqları dalana dirəmişdi. Buna görə də futbolçu nümayəndəsini dəyişib.
Klub isə 27 yaşlı futbolçunun maaşının bir hissəsini bu mövsüm deyil, növbəti illərə bölməyi planlaşdırır.
Bu addım xərclərin azaldılmasına və La Liqanın maliyyə qaydaları çərçivəsində oyunçuların qeydiyyatına imkan yaradacaq.
Yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulur və əlavə olaraq daha bir illik şərti də əhatə edəcək.
Futbolçuya vergi sonrası illik 9 milyon avro maaş ödəniləcək. Danışıqlar uğurla gedir və “Barselona” məsələnin tezliklə həllinə ümid edir.