Premyer Liqadan 2, La Liqadan 1 klubun hədəfindədir - “Barselona”nın yarımmüdafiəçisi

21 Avqust 21:40 İspaniya 86
Premyer Liqadan 2, La Liqadan 1 klubun hədəfindədir - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado “Betis”in maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Betis” ABŞ-lı futbolçusu Conni Kardosonun komandadan ayrılmasından sonra yarımmüdafiəni gücləndirmək məqsədilə Kasadonu nəzarətə götürüb.

Kasado daha əvvəl İngiltərə Premyer Liqası təmsilçiləri olan “Vulverhempton” və “Vest Hem”in də maraq dairəsində olub. Xüsusilə, “Vest Hem” artıq 21 yaşlı futbolçunun transferi ilə bağlı rəsmi təklif irəli sürüb.

Bununla belə, “Barselona” hazırda Kasado ilə yolları ayırmaq niyyətində deyil.

Ancaq transfer pəncərəsi bağlanana qədər futbolçu komandanın əsas heyətində kifayət qədər oyun şansı əldə etməyəcəyini hiss edərsə və ayrılmaq istəsə, klub 30 milyon avrodan aşağı olmayan təklifləri dəyərləndirməyə hazırdır.

Hazırda Kasado ayrılmaq variantını nəzərdən keçirmir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ