Braziliyadan 19 yaşlı müdafiəçini yaxından izləyir - “Barselona”

21 Avqust 2025 10:20 İspaniya 518
Braziliyadan 19 yaşlı müdafiəçini yaxından izləyir - “Barselona”

Braziliyanın “Palmeyras” komandasının 19 yaşlı müdafiəçisi Luis Benedetti Avropanın top-klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, gənc futbolçu ilə “Barselona” yaxından maraqlanır.

Kataloniya klubu braziliyalı oyunçunun inkişafını izləyir, ancaq Benedetti üçün rəqabət böyükdür. Onunla həm İtaliya çempionu “Napoli”, həm də “Arsenal” maraqlanır.

Benedetti cari mövsümdə “Palmeyras”ın heyətində 9 oyunda iştirak edib. O, həmçinin, Braziliyanın gənclər millisində 7 oyun keçirib və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!