Bu futbolçu klub rəhbərliyindən atalıq məzuniyyəti tələb edir - MARAQLI HADİSƏ

01:40 İspaniya 90
Bu futbolçu klub rəhbərliyindən atalıq məzuniyyəti tələb edir - MARAQLI HADİSƏ

“Leqanes”in yarımmüdafiəçisi Xuan Kruz Diaz atalıq məzuniyyəti almaq niyyətindədir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu valideynlik məzuniyyəti üçün ərizəni kluba təqdim etmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

“Leqanes”in heyətində yer almaq istəməyən 25 yaşlı oyunçu klub rəhbərliyinə yaxın müddətdə övladının olacağını, bu səbəbdən atalıq məzuniyyəti götürmək istədiyini bildirib.

Maraqlıdır ki, indiyədək İspaniya futbolunda heç vaxt belə bir hal yaşanmayıb.

Daha əvvəl “Rayo Valyekano”nun futbolçu ilə maraqlandığı bildirilib. “Rayo Valyekano” onu prioritet hədəf hesab edir və hətta digər transferlərlə bağlı işləri dayandırıb.

Futbolçunun özü də 2024/25 mövsümdən sonra “Leqanes”i tərk etməyə hazırlaşıb. Klub isə Diaza ümid bəsləyir və onu buraxmaq istəmir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 18:10 Çək və bizə göndər!
20 Avqust 10:20 Milliyə çağırılmayacaq