“Barselona” 80 milyonluq italiyalı müdafiəçi ilə maraqlanır

20 Avqust 2025 22:00 İspaniya 465
“Barselona” 80 milyonluq italiyalı müdafiəçi ilə maraqlanır

“İnter”in müdafiəçisi Alessandro Bastoni yaxın gələcəkdə La Liqanın top-klublarından birinə keçə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Barselona” 26 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Planlaşdırılan keçid gələn ilin yayında reallaşa bilər.

“Transfermarkt” portalına görə, Bastoninin bazar dəyəri 80 milyon avro təşkil edir, klubla müqaviləsinin müddəti isə 2028-ci ilin ortalarına qədərdir.

İtaliyalı futbolçu ötən mövsüm “İnter”in heyətində 57 oyunda çıxış edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti