“Mançester Yunayted”in transfer hədəfinə çevrildi - “Barselona”nın yarımmüdafiəçisi

14 Avqust 01:40 İspaniya 986
“Mançester Yunayted”in transfer hədəfinə çevrildi - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün kataloniyalılara təxminən 80 milyon avro dəyərində rəsmi təklif göndərib.

Bildirilir ki, maliyyə çətinlikləri fonunda “Barselona” üçün bu məbləğə biganə qalmaq çətindir. Ancaq ispaniyalı futbolçunun özü hələlik gələcəyi ilə bağlı qərar verməyib.

Kataloniya təmsilçisinin yetirməsi olan Fermin Lopes son mövsümdə bütün turnirlərdə 46 oyunda forma geyinib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.

O, daha əvvəl açıqlamasında yeni mövsüm öncəsi klubunu tərk etmək fikrində olmadığını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu