Bu tip oyunçunu əsas komandada görmək istəyir

13 Avqust 2025 10:20 İspaniya 878
Bu tip oyunçunu əsas komandada görmək istəyir

“Real” 18 yaşlı futbolçu Tiaqo Pitarcın çıxışından təsirlənib.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi hələ əsas komandada debüt etməsə də, onun istedadı klub daxilində böyük maraq doğurub.

İspaniyalı futbolçu xüsusiyyətlərinə görə PSJ-nin oyunçusu Vitinyaya bənzədilir. Mütəxəssislər Pitarcı enerjili, güclü və ötürmələr, həmçinin, driblinq vasitəsilə rəqibin müdafiə xəttini yarma bacarığına malik futbolçu kimi xarakterizə edirlər.

Bildirilir ki, “Real”ın baş məşqçisi Xabi Alonso bu tip oyunçunu əsas komandada görmək istəyir.

O, transfer bazarında uyğun namizəd tapılmadığından, klub daxilindəki resurslara üz tutmağa qərar verib.

Böyük ehtimalla, Tiaqo yaxın gələcəkdə əsas heyətdə öz şansını sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM