“Bəli, niyə də “qızıl top”u qazanmaq xəyalı qurmayım?"

16:55 İspaniya 98
“Bəli, niyə də “qızıl top”u qazanmaq xəyalı qurmayım?"

“Barselona”nın futbolçusu Pedri yarımmüdafiəçilərin futbolda qazandığı dəyər və “qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ötən mövsüm “Mançester Siti”nin oyunçusu Rodriyə təqdim olunan “qızıl top” mükafatına münasibət bildirib:

“Uzun illər bu mükafat əsasən hücumçulara verilirdi. Amma Rodri sübut etdi ki, artıq yarımmüdafiəçilər də layiqli şəkildə tanınır.

Futbolda nəticəni çox vaxt məhz orta xətt müəyyənləşdirir. Komanda bu zonada üstünlük qazananda qələbə daha asan olur”.

İspaniyalı yarımmüdafiəçi gələcəkdə özü də bu prestijli mükafata iddialı olmaq istədiyini gizlətməyib:

“Bəli, niyə də “qızıl top”u qazanmaq xəyalı qurmayım? Bunun üçün komandada çox yaxşı mövsüm keçirmək lazımdır”.

Pedri son illərdə Avropanın ən perspektivli yarımmüdafiəçilərindən biri kimi tanınır və artıq həm klubda, həm də İspaniya millisində mühüm rola malikdir.

Digər Xəbərlər
Xəbər Lenti