Sabiq müdafiəçiləri üçün ərəblərlə danışıqlara başladılar

00:10 İspaniya 125
Sabiq müdafiəçiləri üçün ərəblərlə danışıqlara başladılar

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun Səudiyyə Ərəbistanındakı gələcəyi sual altındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Avropada davam etdirmək istəyir və keçmiş klubu “Atletik”ə qayıtmaq ehtimalını nəzərdən keçirir.

Bilbao təmsilçisi artıq “Əl-Nəsr”lə Laportun transferi ilə bağlı ilkin danışıqlara başlayıb və futbolçuya müddəti 2028-ci ilə qədər olan müqavilə təklif etməyə hazırdır.

31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçdikdən sonra 69 rəsmi oyunda iştirak edib, 9 qol vurub. Hazırda onun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Laport 2010-2018-ci illər arasında “Atletik”də çıxış edib və karyerasının əsas inkişaf mərhələsini məhz bu klubda keçib.

Digər Xəbərlər
Xəbər Lenti