“Barsa”da Levandovski sıradan çıxdı - Kubok matçını buraxacaq

9 Avqust 12:00 İspaniya 459
“Barsa”da Levandovski sıradan çıxdı - Kubok matçını buraxacaq

“Barselona”nın futbolçusu Robert Levandovski sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı hücumçunun sol budunda əzələ ağrıları yaranıb.

Polşalı forvard bu səbəbdən bazar günü “Joan Gamper” Kuboku uğrunda İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək matçı buraxacaq.

Təcrübəli futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı məlum deyil.

“Barselona” La Liqada yeni mövsümün ilk görüşünü avqustun 16-da “Malyorka”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu