“Çox dəqiq tələbləri var, gərgin futbol oynadır”

9 Avqust 2025 01:40 İspaniya 507
“Çox dəqiq tələbləri var, gərgin futbol oynadır”

“Real”ın yeni futbolçusu Alvaro Karreras baş məşqçi Xabi Alonso ilə işləməkdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin tələbkar olduğunu söyləyib:

“Xabi Alonsonun çox dəqiq tələbləri var. O, gərgin futbol oynadır və onun yanaşmasını bəyənirəm”.

Xabi Alonso bu ilin iyununda “Real”da Karlo Ançelottini əvəzləyərək, baş məşqçi vəzifəsini tutub.

Karreras bu ilin iyul ayında 50 milyon avroya “Benfika”dan “Real”a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti