Prezident yola saldığı tanınmış futbolçuya təklif etdi - Baş məşqçimiz ol!

8 Avqust 21:40 İspaniya 216
Prezident yola saldığı tanınmış futbolçuya təklif etdi - Baş məşqçimiz ol!

“Real” yay transfer pəncərəsində futbolçusu Luka Modriçlə yollarını ayırdı. Xorvatiyalı yarımmüdafiəçi “Milan”a keçdi.

Buna baxmayaraq, “kral klubu” Modriçin karyerasının bitməsindən sonra onu yenidən Madridə qaytarmaq niyyətindədir.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres bir neçə gün öncə Modriçlə görüşərək, ona klubun akademiyasında məşqçi kimi fəaliyyət göstərməyi təklif edib.

38 yaşlı futbolçu 13 il ərzində “Real”ın heyətində çıxış edərək, 4 dəfə La Liqa çempionu olub, 6 dəfə isə Çempionlar Liqasını qazanıb.

O, 2018-ci ildə “qızıl top” mükafatına layiq görülərək, dünyanın ən yaxşı futbolçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!