“Real”ın sabiq qapıçısı İran klubunda - Birillik müqavilə imzalandı

12:20 İspaniya 194
“Real”ın sabiq qapıçısı İran klubunda - Birillik müqavilə imzalandı

“Real”ın sabiq qapıçısı Antonio Adan karyerasını İran çempionatında davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper azad agent kimi “İstiqlal” klubuna keçib.

Adanla bir mövsümlük qısamüddətli müqavilə imzalanıb. Onun Avropadakı son klubu Portuqaliyanın “Sportinq” komandası olub.

38 yaşlı qapıçı 2009–2013-cü illər aralığında “Real”ın heyətində çıxış edib. Bundan əlavə, o, “Betis”, “Kalyari” və “Atletiko” kimi komandaların da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti