“Real” rəhbərliyi indi Arda Gülerdən razıdır

8 Avqust 01:40 İspaniya 1 579
“Real” rəhbərliyi indi Arda Gülerdən razıdır

“Real”ın yarımmüdafiəçisi Arda Gülər yeni baş məşqçi Xabi Alonso ilə ilk aylarda özünü əla tərəfdən göstərir.

20 yaşlı futbolçu xüsusilə, Klublararası dünya çempionatında ön plana çıxıb və komandanın yarımfinala yüksəlməsində mühüm rol oynayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” rəhbərliyi türk oyunçunun fiziki hazırlığından və mövsümöncəsi məşqlərdəki intizamlı davranışından olduqca razıdır.

Klub daxilində onun həm oyun intizamı, həm də peşəkar yanaşması yüksək qiymətləndirilir.

Arda Gülər 2024/25 mövsümündə “Real”ın heyətində 49 oyunda iştirak edib, 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu