Zorlamada ittiham olunan futbolçunun transferində israrlıdır - Yalnız bir halda...

7 Avqust 01:40 İspaniya 366
Zorlamada ittiham olunan futbolçunun transferində israrlıdır - Yalnız bir halda...

“Vilyarreal” qanalı yarımmüdafiəçi Tomas Parti ilə bağlı qərarını verib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, İspaniya klubu 32 yaşlı futbolçunu transfer etməkdə hələ də israrlıdır.

Parti ilə bağlı məhkəmədə iclas keçirilib və o, müvəqqəti olaraq zaminlə azadlığa buraxılıb. Ona qarşı beş dəfə zorlamada və bir dəfə seksual zorakılıqda ittiham irəli sürülüb.

Bununla belə, məhkəmənin qərarı “Vilyarreal”ın transfer planlarına təsir etməyib. Klub, şəxsi müqavilə şərtləri razılaşdırıldıqdan sonra Partini heyətinə qatmaq niyyətindədir.

“Vilyarreal” yalnız bir halda transfer planlarını dəyişəcək: Tomas Parti məhkəmə tərəfindən təqsirli bilinərsə.

Hazırda Parti azad agent statusundadır, çünki onun “Arsenal”la müqaviləsinin müddəti iyunun sonunda başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu