21 yaşlı hücumçuya “yaşıl işıq” yandırdı - İştirak ərizəsində yer alacaq

6 Avqust 2025 21:40 İspaniya 855
21 yaşlı hücumçuya “yaşıl işıq” yandırdı - İştirak ərizəsində yer alacaq

“Real”ın hücumçusu Qonsalo Qarsiya Madrid klubunun əsas komandasına yüksəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubunun qarşıdakı mövsüm üçün iştirak ərizəsində yer alacaq və tezliklə onunla yeni müqavilə imzalanacaq.

Daha əvvəl “Xetafe”nin Klublararası dünya çempionatından əvvəl Qarsiya ilə maraqlandığı bildirilmişdi.

21 yaşlı forvardın “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti