“Barselona” onu transfer siyahısına saldı - Müqaviləni ləğv etməyə hazırlaşırlar

15:20 İspaniya 121
“Barselona” onu transfer siyahısına saldı - Müqaviləni ləğv etməyə hazırlaşırlar

“Barselona”nın yarımmüdafiəçisi Oriol Romeunun klubla müqaviləsi vaxtından əvvəl ləğv oluna bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı baş məşqçi Hans-Diter Flikin planlarına daxil olmayan 33 yaşlı futbolçu transfer siyahısına salınıb, ancaq hələ heç bir klubla razılığa gəlinməyib.

Hazırda “Barselona” və Romeu müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvi ilə bağlı danışıqlar aparır.

Gözlənilir ki, oyunçu yeni komanda tapdığı halda Kataloniya klubunu sərbəst agent kimi tərk edəcək.

Romeunun xidmətində əsas maraqlı tərəflər “Jirona” və “Ovyedo” klublarıdır. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”