“Onun qardaşı bizdən yaxşı istifadə etdi” - Klubun sabiq prezidenti

00:10 İspaniya 102
“Onun qardaşı bizdən yaxşı istifadə etdi” - Klubun sabiq prezidenti

“Barselona”nın sabiq prezidenti Juan Qaspar klubun yeni hücumçusu Markus Reşfordu “Atletik”in vingeri Niko Uilyamsdan yüksək qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Birincisi, mənim üçün Markus Reşford Uilyamsdan yaxşıdır. İnyakinin (İnyaki Uilyams – Niko Uilyamsın “Atletik”də çıxış edən qardaşı) nə dediyi məni maraqlandırmır.

Qardaşı bizdən yaxşı istifadə etdi, yaxşı müqavilə bağladı və mən onun üçün xoşbəxtəm.

“Atletik”in qəzəbini başa düşə bilmirəm. Oradan bir çox oyunçu ilə müqavilə imzaladım və həmişə onların prezidenti ilə anlaşdım. Keçmişdə də belə idi.

Mövsümə diqqət yetirməli, “Barselona”ya və baş baş məşqçi Hans Diter-Flikə etibar etməliyik”.

Uilyams “Barselona”ya keçidi ilə bağlı söz-söhbətlər olmasına baxmayaraq, bu yay “Atletik”lə müqaviləsinin müddətini 2035-ci ilə qədər uzadıb.

Bundan sonra vingerin qardaşı İnyaki Kataloniya klubunun futbolçuya və azarkeşlərə təzyiq etdiyini iddia edib. “Barselona” daha sonra Reşfordu “Mançester Yunayted”dən icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 17:30 Çək və bizə göndər!
4 Avqust 04:30 Cadu məktəbi