
“Barselona”nın vitse-prezidenti Rafa Yuste yay transfer pəncərəsi ilə bağlı açıqlama verib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, komandanın heyətindən razı olduğunu bildirib və son transferlərlə bağlı müsbət fikirlər səsləndirib:
“Biz hələ də Deku (klubun idman direktoru) ilə müzakirələr aparacağıq, amma mən mövcud vəziyyətdən və baş məşqçinin ixtiyarında olan heyətdən çox razıyam.
Markus Reşfordu heyətə qatdıq, həmçinin, “Kopenhagen”də özünü yaxşı tərəfdən göstərən Runi Berqini də transfer etdik”.
Klub rəsmisi transfer fəaliyyətlərinin uğurla başa çatacağına əmin olduğunu bildirib:
“Transfer bazarındakı işimizi tamamlayacağıq və əminəm ki, bunu yaxşı formada edəcəyik”.
“Barselona” bu yay “Mançester Yunayted”dən Markus Reşfordu icarəyə götürüb, qapıçı Xuan Qarsiyanı isə transfer edib. Klub həmçinin, isveçli yarımmüdafiəçi Runi Berqini də heyətinə qatıb.
“Barselona” La Liqanın son çempionudur.