
“Barselona”nın vitse-prezidenti Rafa Yuste “Əl-Nəsr”ə getməyə yaxındır.
sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı funksioner Səudiyyə Ərəbistanı klubunun sərfəli təklifini qəbul edib.
Kataloniyalıların prezidenti Xuan Laporta sözləşmədən xəbərdardır və heç bir maneə yaratmayacaq.
Yuste 2021-ci ilin yazından “Barselona”da çalışır və o, həmçinin, klubun idman departamentinə rəhbərlik edir. Komanda son mövsümdə La Liqa, ölkə kuboku və superkubokun qalibi olub.