Müdafiəçisini A Seriyasına buraxmaq istəmir - Paytaxt təmsilçisi

01:40 İspaniya 115
Müdafiəçisini A Seriyasına buraxmaq istəmir - Paytaxt təmsilçisi

"Real" Fran Qarsiyanı A Seriyasına buraxmayacaq.

Sportinfo.az xəbər verir ki, insayder Matteo Morettonun məlumatına görə, “Milan” müdafiəçinin qiyməti ilə maraqlanıb və Madrid klubunun onunla yolları ayırmağa hazır olub-olmadığını öyrənməyə çalışıb.

Lakin İspaniya klubu 25 yaşlı futbolçunu saxlamaq istəyir. Bu qərarın əsas səbəblərindən biri Ferlan Mendinin fiziki durumuna dair yaranmış şübhələrdir.

Qeyd olunurdu ki, “rossonerlər” Qarsiyanı “Əl-Hilal”a keçən Teo Ernandesin əvəzi kimi nəzərdən keçirirdi. Bundan sonra “Milan” artıq Pervis Estupinyanı transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 20:00 Çək və bizə göndər!