Komandada qalmaq üçün əlindən gələni edəcək - Satılmasını istəmir

13:10 İspaniya 167
Komandada qalmaq üçün əlindən gələni edəcək - Satılmasını istəmir

“Real”ın müdafiəçisi David Alaba komandada qalmaq üçün əlindən gələni edəcək.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, avstriyalı futbolçu yeni baş məşqçi Xabi Alonsonun etimadını qazanmaq və klubu ilə müqaviləsinin müddətini uzatmaq üçün mövsümün fəal hazırlığına başlayıb.

“Real” rəhbərliyi Alaba ilə gələn ilin yayında başa çatacaq müqaviləni uzatmaq fikrində deyil. Məşqçilər heyəti onu start oyunçu kimi qəbul etmir.

Daha əvvəl bildirilmişdi ki, madridlilər müdafiəçini satmaq və ya icarəyə vermək istəyir.

Bu hallarla əlaqədar olaraq, Alaba özünün qidalanmasına, istirahətinə və fiziki fəaliyyətinə nəzarət edən mütəxəssislər qrupu işə götürüb. O, mövsümü yüksək səviyyədə keçirmək istəyir.

33 yaşlı futbolçu son La Liqa mövsümündə cəmi 7 matçda iştirak edib, zədə səbəbindən mövsümün bir hissəsini buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti