“Bu yay yeni transferlər olmayacaq” - Klub przidenti

00:10 İspaniya 105
“Bu yay yeni transferlər olmayacaq” - Klub przidenti

“Barselona”nın məşqçilər heyəti mövcud heyətdən razıdır və yaxın aylarda yeni transferlər gözləmir.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta danışıb:

“Düşünürəm ki, bu yay yeni transferlər olmayacaq. Bizim yaxşı heyətimiz var və məşqçi əsas komandanı ehtiyatdan olan oyunçularla gücləndirmək istəyir. Buna görə də hazırda yeni sövdələşmələr gözləmirik”.

Çərşənbə günü “Barselona” “Mançester Yunayted”dən Markus Reşfordun icarə əsasında transferini elan edib.

27 yaşlı futbolçunun satınalma bəndi olan icarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Reşforddan əlavə bu yay “Barselona” “Espanyol”dan 24 yaşlı qapıçı Joan Qarsiya və “Kopenhagen”dən 19 yaşlı hücumçu Runi Bardgini transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 03:40 "Kəpəz"in daha bir...
26 İyul 02:40 "Sumqayıt"dan 3 SEÇİM