
“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in vingeri Niko Uilyamsın transferinin niyə baş tutmadığını izah edib.
Müqavilə imzalanmaq üzrə olduğu vaxtda, “Atletik” və ispaniyalı oyunçunun tərəfi ilkin şərtləri dəyişdirib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Uilyamsın agentinin özünün onu Kataloniya klubuna təklif etdiyini və ilkin danışıqların müsbət keçdiyini bildirib:
“Klubun idman dirktoru Dekunun rəhbərliyində transferin həyata keçirilməsi üçün 48 saatlıq vaxt limiti qoyduq.
Bizim şərtlərimizi qəbul etmədikləri təqdirdə, bu transferi həyata keçirməyəcəyimizi bildirdik. Nəticədə belə də oldu”.
Daha sonra Uilyams hazıkı klubu ilə müddəti 2035-ci ilə qədər olan yeni müqavilə imzalayıb. 23 yaşlı futbolçunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Bu hadisə, transfer bazarında şərtlərin tez-tez dəyişə biləcəyini bir daha sübut edir. “Barselona” isə bu keçidin baş tutmaması ilə bağlı yeni strategiyalarını düşünmək məcburiyyətində qalacaq.