
“Atletiko” “Ştutqart”ın yarımmüdafiəçisi Enzo Millotun transferində maraqlıdır.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Madrid klubu artıq 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Bildirilir ki, “Atletiko” Millotun satın alma şərtini aktivləşdirməyə hazırdır. Onun müqaviləsində 20 milyon avroluq alış bəndi var, ona görə də, yalnız oyunçunun özü ilə şəxsi şərtləri razılaşdırmaq qalır.
Fransalı futbolçunun “Ştutqart”la müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.