“REAL”: “10 nömrə” Kilian Mbappeyə verildi, Arda Gülərə yox

25 İyul 2025 01:30 İspaniya 472
“REAL”: “10 nömrə” Kilian Mbappeyə verildi, Arda Gülərə yox

“Real Madrid”in hücumçusu Kilian Mbappe nömrəsini dəyişib.

Sportinfo.az xəbər verir ki, futbolçu “X” hesabında yeni mövsümdən 10 nömrəli formanı geyinəcəyini açıqlayıb.

Bundan əvvəl sözügedən formanın Arda Gülərə veriləcəyi deyilirdi.

Ötən mövsüm Mbappe 9 nömrəli formada çıxış edib. 10 nömrəli forma isə yarımmüdafiəçi Luka Modriçə məxsus olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti