“İndi hamıya məlumdur ki, o, qanunsuz qərarlar qəbul edir” - Rəhbər qərəzdə ittiham olundu

18:40 İspaniya 125
“İndi hamıya məlumdur ki, o, qanunsuz qərarlar qəbul edir” - Rəhbər qərəzdə ittiham olundu

Tanınmış futbol meneceri Migel Qalan La Liqanın prezidenti Xavyer Tebası İspaniyanın iki top-klubuna – “Real” və “Barselona”ya məqsədli şəkildə ziyan vurmaqda ittiham edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tebasın qanunsuz qərarlar qəbul etdiyinin hamıya məlum olduğunu bildirib:

“İndi hamıya məlumdur ki, Tebas qanunsuz qərarlar qəbul edir. “Real” da, “Barselona” da bu vəziyyətdə zərərçəkəndir.

Tebas dünyanın iki ən böyük klubuna qarşı inadçı münasibət bəsləyir. Xüsusilə də, “Barselona” ilə bağlı. Klub onun köməyinə ehtiyac duyduğu halda, o, əksinə, maliyyə feyr-pley qaydaları ilə bağlı onların qarşısını almağa çalışır”.

Bundan əlavə, Qalan “Atletik”in La Liqa rəhbərliyinə müraciətindən də danışıb.

Onun sözlərinə görə, Bilbao təmsilçisi Xavyer Tebasdan hüquqi dəstək istəyib ki, hücumçu Niko Uilyamsın “Barselona”ya mümkün transferinə mane ola bilsin.

Söhbət FİFA-nın transfer qaydalarının 17-ci maddəsində nəzərdə tutulan “qorunan dövr” anlayışından gedir.

Bu maddəyə əsasən, futbolçunun ilk üç illik müqavilə müddətində razılaşdırılmış təzminat ödənilmədən transfer baş tuta bilməz.

Digər Xəbərlər
Xəbər Lenti