“Bir-iki il vaxt lazımdır, ona işləmək imkanı vermək vacibdir”

9 İyul 2025 15:40 İspaniya 534
“Bir-iki il vaxt lazımdır, ona işləmək imkanı vermək vacibdir”

“Real”ın sabiq yarımmüdafiəçisi Klod Makelele Xabi Alonsonun rəhbərliyi altında Madrid komandasının ilk nəticələri ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Madrid həmişə Madrid olacaq. Yavaş-yavaş. Alonsoya bir-iki il vaxt lazımdır.

Ona işləmək imkanı vermək vacibdir. Onun təsirli heyəti var”.

Alonso bu ilin iyun ayında Karlo Ançelottini əvəzləyərək, komandaya rəhbərlik etməyə başlayıb. İspaniyalı mütəxəssis daha əvvəl “Bayer”i Bundesliqada və Almaniya kubokunda qələbəyə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti