Çempionatın ilk turunun oyununun təxirə salınmasını istəyir - Paytaxt təmsilçisi

00:10 İspaniya 73
Çempionatın ilk turunun oyununun təxirə salınmasını istəyir - Paytaxt təmsilçisi

“Real” İspaniya La Liqasının rəhbərliyinə rəsmi məktub göndərərək yeni mövsümün 1-ci turundakı oyununun təxirə salınmasını xahiş edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Madridlilər 19 avqust tarixində keçirilməsi planlaşdırılan “Osasuna” ilə qarşılaşmanın oktyabrın 29-na dəyişdirilməsini istəyir.

Klub artıq “Osasuna” və İspaniya Futbol Federasiyası ilə danışıqlar aparıb və bütün tərəflər oktyabr tarixini qəbul edib. Ancaq hələ də La Liqanın rəsmi təsdiqi gözlənilir.

“Kral klubu” hesab edir ki, futbolçulara üç həftə məcburi istirahət və üç həftəlik mövsümöncəsi hazırlıq düşərgəsi verilməlidir.

Komandanın klublararası dünya çempionatının yarımfinalına yüksəlməsi səbəbilə bu müddətə əməl olunması mümkün deyil. Bu isə oyunçuların fiziki yüklənməsinə səbəb olur və sağlamlığına risk yaradır.

Saha əvvəl La Liqa İspaniyanı klublararası dünya çempionatında təmsil edən komandaların 1/4 finala yüksəldiyi zaman mövsümün start oyununu təxirə salmağa razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?