“Barselona”nın qapıçısı qərarını verdi – Ayrılmağa hazırlaşır

8 İyul 22:00 İspaniya 129
“Barselona”nın qapıçısı qərarını verdi – Ayrılmağa hazırlaşır

“Barselona”nın qapıçısı İnyaki Penya yay transfer dönəmində klubdan ayrılmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Penyanın ayrılmaq qərarı Kataloniya klubunun Xuan Qarsiyanı transfer etməsi və Voyçex Şesnı ilə müqavilənin müddətini uzatmasından sonra qətiləşib.

25 yaşlı qolkiper hazırda yeni klublarla danışıqlar aparır və karyerasını davam etdirə biləcəyi variantları nəzərdən keçirir.

İspaniyalı qapıçı son mövsümdə La Liqada 16 oyuna çıxıb. Daha əvvəl “Barselona”nın digər qapıçısı Mark-Andre ter Ştegenlə də yollarını ayırmaq istədiyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?