Klublararası DÇ-də oynamadığı üçün sevinir - “Barselona”nın müdafiəçisi

6 İyul 20:50 İspaniya 175
Klublararası DÇ-də oynamadığı üçün sevinir - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Jül Kunde hazırda istirahətdə olduğu üçün məmnunluğunu bildirib.

Sportinfo.az xəbər verir ki, fransalı sosial şəbəkə hesabında paylaşım edərək, bəzi komandaların 2024-cü ilin iyulun ortasında başlayan mövsümü hələ də davam etdirməsinə (ABŞ-da keçirilən Klublararası dünya çempionatı) təəccübünü ifadə edib:

“Bəzi komandalar üçün mövsüm 2024-cü ilin iyulun ortasında başladı… Bu gün 2025-ci il iyulun əvvəlidir və onlar hələ də oynayırlar.

Belə vaxtda məzuniyyətdə olmaq çox xoşdur”.

Digər Xəbərlər
Xəbər Lenti