“Barselona”da qalmasını istəyir - Bu 2 futbolçunun

3 İyul 18:40 İspaniya 182
“Barselona”da qalmasını istəyir - Bu 2 futbolçunun

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Fermin Lopes və müdafiəçi Erik Qarsiyanın komandada qalmasını istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı hər iki futbolçunun çıxışından razıdır və klubun yay transfer dönəmində onlarla bağlı heç bir təklifə baxmamasını tələb edib.

Flik rəhbərliyə Fermin və Qarsiyanı “toxunulmazlar” siyahısına daxil etdiyini bildirib.

Bu futbolçular son mövsümdə əsas heyətdə sabit yer tutmasa da, onların mümkün gedişi ilə bağlı yayılan söz-söhbətlərə son qoyulması üçün baş məşqçi tərəfindən ciddi addım atılıb.

“Barselona” son mövsümdə La Liqa, İspaniya kuboku və ölkə superkubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu